12:17 - 15.02.2024
15 fevral, Fineko/abc.az. 2023-cü il Dövlət Vergi Xidmətinin üzərinə düşən fiskal öhdəliklərin icrası təmin edilib, dövlət büdcəsinə 16.1 milyard manatdan çox vergi daxil olub.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Bakıda keçirilən Forumda deyib.
O bildirib ki, ötən il həm də nəzərdə tutulandan əlavə 1.1 mlrd. manat vergi daxilolması təmin edilib: “Vergi islahatlarının başlandığı 1 yanvar 2019-cu ildən etibarən təkcə aktiv vergi ödəyicilərinin sayında 1.7 dəfə artım qeydə alınıb”.
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026