“Nvidia” “Amazon”u buna görə ötüb

17:22 - 13.02.2024


13 fevral, Fineko/abc.az. Çip istehsalçısı “Nvidia” bu həftənin əvvəlində bazar dəyərinə görə “Amazon”u ötüb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, üstələmə “Nvidia” süni intellekt hesablamalarında istifadə olunan məhsullarına artan tələb sayəsində baş tutub.

“Nvidia” səhmləri 0.2% artaraq şirkətin bazar dəyərini 1.78 trilyon dollara yüksəldib. “Amazon” səhmləri isə 1.2% azalaraq şirkətin bazar dəyərinin 1.79 trilyon dollara düşməsinə gətirib çıxarıb.

Bundan sonra “Amazon” qısa müddət ərzində “Alphabet” (1.84 trilyon dollar), “Apple” (2.89 trilyon dollar) və “Microsoft”dan (3.09 trilyon dollar) sonra dünyanın dördüncü ən dəyərli şirkəti olub.