18:15 - 12.02.2024
12 fevral, Fineko/abc.az. İsrailin “MedOne” şirkəti ölkə ərazisində Tel-Əvivdən kənarda yerləşən iki yeni mərkəz tikəcək.
ABC.AZ xəbər verir ki, söhbət yeraltı obyektlərdən gedir: layihəyə qoyulan investisiyalar təxminən 270 milyon dollar həcmində qiymətləndirilir.
1997-ci ildə qurulan MedOne, kolokasiya xidmətləri, bulud xidmətləri və s. təklif edir. 2022-ci ildə MedOne strukturunun 49%-i Amerikanın özəl kapital firması “Berkshire Partners”ə satıldı. İnvestor eyni zamanda keçmiş Cologix CEO'su və “Tract”in hazırkı rəhbəri Qrant van Royen (Grant van Rooyen) rəhbərlik etdiyi bir investisiya qrupu olan van “Rooyen Group”dur.
Yeraltı məlumat mərkəzləri İsraildə geniş yayılmışdır: bu yerləşdirmə təhlükəsizliyi və işin davamlılığını təmin edir.