10:05 - 9.02.2024
9 fevral, Fineko/abc.az. “Gilan Seramik” MMC-nin nizamnamə kapitalı azaldılıb.
ABC.AZ xəbər verir ki, şirkətin nizamnamə kapitalının həcmi 3.46 mln. manat və ya 7.7% azaldılaraq 41.71 mln. manata endirilib.
Sonuncu dəfə 2023-cü ilin yanvarında şirkətin kapitalı 12% artırılmaqla 45.1 mln. manat olmuşdur.
Xatlrladaq ki, “Gilan Seramik” MMC 2006-cı ildə təsis edilsə də, Zavod özü 2009-cu ildə inşa edilib. Zavodun yaradılmasına 40.2 milyon manat investisiya yatırılıb və o, İtaliyanın “Sacmi“ şirkətinin müasir innovativ avadanlıqları ilə təchiz edilib.
22 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026