“Pepsi” ilə bağlı daha bir şirkət təsis edildi

10:08 - 28.12.2023


28 dekabr, Fineko/abc.az. Dövlət Vergi Xidməti “Pepsico Trading Azerbaijan” MMC-ni dövlət qeydiyyatına alıb.

ABC.AZ xəbər verir ki, yeni şirkətin nizamnamə kapitalı 225 min avro və qanuni təmsilçisi isə Musayev Natiq Qılman oğludur.

Bu şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov ev.24, “Bridge Plaza” Biznes mərkəzi, 5-ci mərtəbədir.