10:36 - 20.07.2018
20 iyul, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 1,5 (2,05%) dollar yüksəlib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 74,64 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
“NYMEX” birjasında “WTI” markalı neftin avqust fyuçersinin qiyməti 19 iyul tarixli ticarətin nəticəsində, keçən nəticə ilə müqayisədə (18 iyul – 68,76 dollar) 0,7 dollar qalxaraq bir barelə 69,46 dollar təşkil etmişdir.
“ICE” birjasında “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 19 iyul tarixli ticarətin nəticəsində, ötən yekuna nisbətən (18 iyul – 72,90 dollar) 0,32 dollar enərək bir barelə 72,58 dollar təşkil etmişdir.
Neftin “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi 19 iyul tarixli ticarətin nəticəsində 3,12 dollar / barelə təşkil edir.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026