12:36 - 6.12.2023
6 dekabr, Fineko/abc.az. Ukraynada müharibənin başladığı 2022-ci il fevralın 24 tarixindən sonra Gürcüstana daimi və ya müvəqqəti yaşayış icazəsi ilə gələn Rusiya vətəndaşları tərəfindən 1 550 şirkət qeydiyyatdan keçirilib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, sözügedən şirkətlərin təsis olunmasında Rusiya Federasiyasının vətəndaşı olan 1 957 nəfər iştirak edib və mülkiyyət hüququ onlara məxsusdur.
Ümumilikdə isə sözügedən dövr ərzində 25 689 Rusiya vətəndaşı Gürcüstanda fərdi sahibkar kimi qeydiyyata alınıb.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026