17:24 - 30.10.2017
Bakı-Tbilisi-Qars beynəlxalq dəmir yolu layihəsinin tikintisinə $10 milyard həcmində sərmayə qoyulmuşdur.
Dəmiryolu xəttinin Bakıda keçirilən rəsmi açılış mərasimində, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili deyib ki, yolun işləməsi nəticəsində, Bakı-Tbilisi-Qars marşrutu ilə başlanğıc mərhələdə 1 milyon sərnişin və 4 milyon ton yük daşınacağı planlaşdırılır.
“Növbəti illərdə bu marşrut üzrə sərnişin daşımaları ildə 6 milyon nəfərə qədər, yük daşımaları isə 20 milyon tona qədər artırılacaq”.
Mərasimin gedişatında Qazaxıstanın baş naziri Bakıtcan Sagintayev bildirdi ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə $10 milyarddan çox sərmayə qoyulmuşdur.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026