16:37 - 20.10.2023
20 oktyabr, Fineko/abc.az. Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.
ABC.AZ xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.
Beləliklə, noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günüdür.
Qeyd edək ki, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Bayraq Günü kimi qeyd olunur.