SOCAR-ın törəmə şirkəti yaradıldı

12:00 - 17.10.2023


17 oktyabr, Fineko/abc.az.  Dövlət Neft Şirkətinin (SOCAR) yeni törəmə şirkət təsis edilib.

ABC.AZ Banker-ə istinadən xəbər verir ki, bu, “SOCAR Projects İnternational” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Şirkət Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 4 oktyabr tarixində dövlət qeydiyyatına alınıb.

“SOCAR Projects İnternational” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Neftçilər pr., ev 73 qeydiyyata alınmaqla 1 000 manat nizamnamə kapitalı mövcuddur. Şirkətin qanuni təmsilçisi Fərid Hacıyev Məzahir oğludur.

F.Hacıyev Vergilər Nazirliyində çalışıb.