12:00 - 17.10.2023
17 oktyabr, Fineko/abc.az. Dövlət Neft Şirkətinin (SOCAR) yeni törəmə şirkət təsis edilib.
ABC.AZ Banker-ə istinadən xəbər verir ki, bu, “SOCAR Projects İnternational” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Şirkət Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 4 oktyabr tarixində dövlət qeydiyyatına alınıb.
“SOCAR Projects İnternational” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Neftçilər pr., ev 73 qeydiyyata alınmaqla 1 000 manat nizamnamə kapitalı mövcuddur. Şirkətin qanuni təmsilçisi Fərid Hacıyev Məzahir oğludur.
F.Hacıyev Vergilər Nazirliyində çalışıb.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026