16:52 - 4.10.2023
4 oktyabr, Fineko/abc.az. “Silk Way Holding”ə daxil olan “Silk Vey Vest Aviaşirkəti” MMC (“Silk Way West Airlines”) 2023-cü ilin birinci rübündə gəlirləri 816.37 milyon manat təşkil edib.
ABC.AZ aviaşirkətin hesabatına istinadən xəbər verir ki, bu da 2022-cü ilin analoji dövrü ilə müqayisədə 968.59 milyon manat və ya 54% az deməkdir.
Şirkət illik müqayisədə 20% azalmaqla 787.77 milyon manata düşüb.
Şirkətin gəlirlərinin kəskin azalması onun xalis mənfəətinə mühüm təsiri olub. 2022-ci ilin eyni dövründə 602.31 milyon manat xalis mənfəət əldə etdiyi halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 10.09 milyon manat təşkil edib.
“Silk Vey Vest Aviaşirkəti” MMC-nin kapital balansında 1 milyard 6.78 milyon manat bölüşdürülməmiş mənfəət qalmaqdadır.
8 Avqust 2026
7 Avqust 2026