Bakı şəhəri genişzolaqlı internetin sürətinə görə geriləyib - Reytinq

10:25 - 18.09.2023


18 sentyabr, Fineko/abc.az. Bu ilin avqust ayında Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə 182 ölkə arasında 28,7 MB/S sürətlə 120-ci yerdə qərarlaşıb.

ABC.AZ “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bu iyul ayı ilə müqayisədə 3 pillə geriləmədir.

Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (254,65 MB/S), sonuncu yeri isə Kuba (1,95 MB/S) tutub.

Məlumata görə, ölkəmiz avqustda mobil internetin sürətinə görə isə 145 ölkə arasında 42,94 MB/S sürətlə 54-cü yerdə qərarlaşıb. Bu isə iyula nisbətən 2 pillə irəliləmə deməkdir.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (210,89 MB/S), sonuncu – 145-ci yeri isə Kuba (4,34 MB/S) tutub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 259,65 MB/S sürətlə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhəri, sonuncu yeri isə 4,11 MB/S sürətlə Kubanın Havana şəhəri tutub.

Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 29,21 MB/S sürətlə 141-ci pillədə qərarlaşıb ki, bu da 3 pillə geriləməkdir.