16:49 - 6.07.2018
6 iyul, Fineko/abc.az. İyunun 12-də “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyevin sədrliyi ilə "MilliKart" MMC-nin İştirakçılarının Ümumi Yığıncağının növbədənkənar iclası keçirilmişdir.
MilliKartın məlumatında deyilir ki, iclasda MilliKartın 2019-2021-ci illər üzrə inkişaf strategiyası müəyyən edilmiş, 2017-ci il üzrə audit hesabatı təsdiq edilmişdir.
“Həmçinin Direktorlar Şurasının yeni tərkibi təsdiq edilmişdir. “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin sədri Doğan Tandoğan Şuranın yeni sədri təyin edilmişdir. Həmçinin MilliKarta yeni İştirakçıların (payçıların) cəlb edilməsinə dair müvafiq qərarlar qəbul edilmişdir”, - məlumatda belə deyilir.
5 Avqust 2026
5 Avqust 2026