"BMW" İngiltərədəki müəssisələrinə 600 milyon funt sterlinq sərmayə qoyacaq

10:42 - 12.09.2023


12 sentyabr, Fineko/abc.az. Alman avtomobil şirkəti "BMW" İngiltərədəki müəssisələrinə 600 milyon funt sterlinq sərmayə qoyacaq.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, səemayə İngilətərdəki müəssisələrdə yeni nəsil elektrik avtomobillərinin istehsalına xərclənəcək. Şirkət ilk belə sərmayəni Oksforddakı Mini istehsal müəssisəsinə qoyacaq.

Açıqlamada qeyd olunub ki, avtomobil şirkəti 2026-cı ildə iki yeni elektrikli Mini modelinin istehsalına başlamağı planlaşdırır.

İngilis ictimai yayımı BBC, sərmayənin İngiltərə hökuməti tərəfindən təxminən 75 milyon funt sterlinqlə dəstəklənəcəyi gözlənildiyini bildirdi.

Müəllif: Elmir Murad