12:26 - 31.08.2023
31 avqust, Fineko/abc.az. Həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun (www.ngenprosecutor.gov.az) elektron informasiya resursu AzStateNet şəbəkəsinə köçürülüb.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, qurumun veb-saytı Nazirliyin mühəndis-proqramçıları tərəfindən ümumi dizayn, məzmun, istifadəçi rahatlığı və texniki imkanlar nəzərə alınaraq əsaslı şəkildə yenidən hazırlanıb.
Zəruri tələblərə cavab verən yeni saytda prokurorluq orqanlarının fəaliyyəti haqqında olan yeniliklər, həyata keçirilən tədbirlər daha dolğun və operativ şəkildə istifadəçilərə təqdim ediləcək.
17 Avqust 2026