15:16 - 29.08.2023
29 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Türkiyə xarici ölkələrlə 360 milyard 114 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
ABC.AZ xəbər verir ki, bu barədə qardaş ölkənin Statistika Təşkilatı və Ticarət Nazirliyinin birgə məlumatında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2.7 % çoxdur.
7 aylıq xarici ticarət dövriyyəsinin 143 milyard 287 milyon ABŞ dolları ixracın, 216 milyard 827 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0.7 % azalıb, idxal isə 5 % artıb.
17 Avqust 2026
15 Avqust 2026