“Rahat” marketdə nöqsanlar aşkarlandı

15:59 - 21.07.2023


21 iyul, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi, ev 205 B ünvanında fəaliyyət göstərən və “ANC Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan “Rahat” marketdə planlı yoxlama aparılıb.

Bu barədə ABC.AZ-a AQTA-dan məlumat verilib. Bildirilib ki, yoxlama zamanı ticarət obyektində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib.

Belə ki, marketdə satışı həyata keçirilən bəzi məhsulların etiketlənməsinin dəqiq həyata keçirilmədiyi və çirklənmədən mühafizə olunmadığı, eləcə də yararlılıq müddəti bitmiş malların olduğu aşkarlanıb.