10:28 - 21.07.2023
21 iyul, Fineko/abc.az. Dövlət Sığorta Kommersiya Şirkətinin 17 iyul 2023-cü il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Baş Agentliyinin əsasında “Naxçıvan regional mərkəz” filialı yaradılmışdır və beləliklə Naxçıvan Dövlət Sığorta Xidməti yenidən “Azərsığorta”nın tərkibinə qatılıb.
Bu barədə "Azərsığorta"dan ABC.AZ-a daxil olmuş məlumatda bildirilir.
Qeyd edilib ki, yeni regional mərkəz vətəndaşlara müxtəlif növ sığorta məhsul və xidmətlərini təklif edəcəkdir.
13 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026