"Azərsığorta" Naxçıvan Dövlət Sığorta Xidmətini tərkibinə qatdı

10:28 - 21.07.2023


21 iyul, Fineko/abc.az. Dövlət Sığorta Kommersiya Şirkətinin 17 iyul 2023-cü il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Baş Agentliyinin əsasında “Naxçıvan regional mərkəz” filialı yaradılmışdır və beləliklə Naxçıvan Dövlət Sığorta Xidməti yenidən “Azərsığorta”nın tərkibinə qatılıb.

Bu barədə "Azərsığorta"dan ABC.AZ-a daxil olmuş məlumatda bildirilir.

Qeyd edilib ki, yeni regional mərkəz vətəndaşlara müxtəlif növ sığorta məhsul və xidmətlərini təklif edəcəkdir.