Bu məhsula sərbəst satış sertifikat verildi - FOTO

15:54 - 17.07.2023


17 iyul, Fineko/abc.az. “Azexport” portalı ilk dəfə olaraq bioloji fəallığa malik qida əlavəsi məhsuluna sərbəst satış sertifikatı verib.

ABC.AZ xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu azexport.az portalı tərəfindən növbəti sərbəst satış sertifikatı (Certificate of Free Sale) təqdim olunub. 

Sertifikat Azərbaycanda istehsal olunan bioloji fəallığa malik qida əlavəsi məhsulunun Gürcüstan Respublikasına ixracı üçün nəzərdə tutulub. Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, qeyd olunan məhsullar sertifikatın olmaması səbəbi ilə digər ölkələrdən alınırdı. “Azexport” portalı tərəfindən sərbəst satış sertifikatının təqdimatından sonra bu məhsullar Azərbaycandan alınacaq. Bununla yanaşı, istehsalçı şirkət bənzər kateqoriyadan olan məhsullar üçün də sertifikat alaraq ixrac coğrafiyasını genişləndirməyi planlaşdırır.