11:06 - 11.07.2023
11 iyul, Fineko/abc.az. Mərkəzi Bank 8 fiziki şəxs və bir hüquqi şəxsin sığorta lisenziyasını ləğv edib.
Mərkəzi Bankdan ABC.AZ-a daxil olan məlumata görə, bununla bağlı qərar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciətlər əsasında verilib. Lisenziyası ləğv edilən şirkət Azərbaycanda avtomobil kirayəsi ilə məşğul olan “Otokoç Azərbaycan” MMC-dir.
Qeyd edək ki, 1997-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkət Türkiyənin iri holdinqlərindən biri Koç Holdinqin törəmə şirkəti Otokoç Avis-ə məxsusdur.
8 Avqust 2026
8 Avqust 2026