10:37 - 11.07.2023
11 iyul, Fineko/abc.az. “Tesla” rəsmiləri Avropada daha bir fabrik qurmaq niyyətini açıqlayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət “Gigafactory Berlin”dən sonra Avropada daha bir fabrik qura bilər.
Məsələ ilə bağlı analitiklər də öz fikirlərini bölüşüb. Onlar hesab edir ki, şirkət yeni fabriki Fransada qurmaq istəyir.
Ölkənin maliyyə naziri Bruno Le Maire yeni obyektin tikintisi üçün Fransanın seçiləcəyinə ümid etdiyini bildirib.
“Tesla”nın rəhbəri İlon Mask keçən may və iyun aylarında Fransaya səfər etmişdi. Məşhur milyarder bu səfərlər zamanı prezident Emmanuel Makronla görüşüb. Məlumat verilib ki, görüşlərdə əsasən yeni fabrik mövzusu müzakirə olunub.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026