“Aztrading Service” nizamnamə kapitalını kəskin azaldır

12:13 - 23.06.2023


23 iyun, Fineko/abc.az. "Aztrading Service” MMC nizamnamə kapitalının 241 min manatdan 20 manata qədər azaldıldığını elan edib.

ABC.AZ interfax-a istinadən xəbər verir ki, şirkət nizamnamə kapitalının azaldılmasının səbəblərini açıqlamır.

“Aztrading Service” 2019-cu ilin noyabr ayında Azərbaycanın vergi orqanlarında dövlət qeydiyyatına alınıb.