13:18 - 30.06.2018
30 iyun, Fineko/abc.az. Ləğv prosesində olan “Dəmirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu bildirir ki, bankın kreditorlarının ləğvedici tərəfindən etiraz edilmiş tələblərin siyahısına dair dinləmələr Bakı Apellasiya Məhkəməsində 6 iyul 2018-ci il saat 14.30-da davam etdiriləcək.
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin tələblərinə etiraz edilmiş kreditorlarından tələblərini təsdiqləyən sübutları təqdim edərək məhkəmə iclasında iştirak etmələrini xahiş edir.
Bakı Apellasiya Məhkəməsi
Bakı şəhəri, Zahid Xəlilov küç., 540-cı məhəllə.
Telefon: (99412) 538-16-08, 538-19-02
Faks: (99412) 510-53-48
5 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026