14:51 - 6.06.2023
6 iyun, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BFB-nin LMP iştirakçısı olan “Legion Financial” MMC-nin ümumi dəyəri 500 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
ABC.AZ BFB-yə istinadla xəbər verir ki, faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 500 ədəd, nominal dəyəri min manat, illik faiz dərəcəsi 15 faiz, tədavül müddəti 1800 təqvim günüdür.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026