12:20 - 6.06.2023
6 iyun, Fineko/abc.az. Azərbaycanda bəzi tikinti materiallarının qiymətində artımlar var.
ABC.AZ-ın məlumatına görə, bazarda aparılan araşdırmalar bunu deməyə əsas verir.
Ekspertlər bunu bunu Ukrayna bazarlarında yaranan böhran və Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla əlaqələndirir.
"Buna görə də həmin ölkələrdən göndərilən materiallarda texniki səbəbdən gecikmələr olur. Yaxın iki həftə ərzində ciddi qiymət artımı gözlənilmir. Rusiya-Ukrayna müharibəsi uzanarsa, tikinti materialları kəskin şəkildə bahalaşa bilər” - deyə ekspertlər şərh edir.
İqtisadçılar hesab edir ki, tikinti bazarında qiymət artımları 2022-ci ildən etibarən müşahidə olunur.
Bazardakı müşahidələrə əsasən, bazarda taxta materialları birdən-birə 30-40 faiz, nazik taxta (fanerka) isə 2 dəfə, yəni 20 manatdan 40 manata qalxıb. Dəmir materialları, əsasən də armaturlar 30-40 faiz baha qiymətə satıldı. Ötən il qum və sementin daşınması qiymətlərində yüksəlmələr baş verdi, yəni 1 kubmetri 12-13 manat olan qum birdən birə 25-28 manata qədər bahalaşıb.
Müəllif: Elmir Murad
30 İyul 2026
28 İyul 2026