Sığorta agentlərinin fəaliyyətindəki nöqsanlar aradan qaldırılmalıdır - Mərkəzi Bank sədri

11:34 - 1.06.2023


1 iyun, Fineko/abc.az. Azərbaycanda avtomobillərin icbari sığortası ilə bağlı "daxıl" sisteminə keçid yaxın gələcəkdə gözlənilmir. 

ABC.AZ xəbər verir ki, bunu ötən gün bir qrup sığorta agenti ilə keçirdiyi görüşdə Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

O qeyd edib ki, bu ilin mart ayının sonundan ona avtomobillərin icbari sığortası üzrə sığorta hovuzunun yaradılması ilə bağlı təkliflər olunub. O isə bazarın vəziyyətini analiz edərək təklifi qəbul etməyib. Taleh Kazımov həmçinin, sığorta bazarının gələcək fəaliyyətini agentlərsiz təsəvvür etmədiyini, bununla belə agentlərin fəaliyyətində yaranan nöqsanların da aradan qaldırılmalı olduğunu vurğulayıb.