11:23 - 17.05.2023
17 may, Fineko/abc.az. Azərbaycanın regionlarında fəaliyyət göstərən post şöbələrində və məntəqələrində vətəndaşlara onlayn xidmətlərin göstərilməsinə başlanacaq.
ABC.AZ xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İranə Vəliyeva bildirib.
Onun sözlərinə görə, Agentlik rəqəmsal ximələr hazırlyıb təqdim edir, bu xidmətlər hər bir vətəndaş üçün əlçatandır və vətəndaşlar bu xidmətləri almaq üçün çox vaxt və enerji sər etmirlər.
İnarə Vəliyeva bildirib ki, dövlətin rəqəmsal xidmətləri sadə və əlçatan olmaqla yanaşı, həm də faydalı olmalıdır ki, vətəndaşlar özləri onlara maraq göstərsinlər – məsələn «ƏDV geri al» xidməti kimi.
17 Avqust 2026