16:14 - 16.05.2023
16 may, Fineko/abc.az. Fransada ABŞ-ın texnologiya nəhəngi “Apple”ə qarşı cinayət işi açılıb.
ABC.AZ-ın xarici mətbuata istinadən məlumatına görə, şirkətə qarşı istintaq cihazların təmirini çətinləşdirdiyinə və planlaşdırılan nasazlıqlara görə istintaq açılıb.
Paris Prokurorluğdan bildirilib ki, 2022-ci ilin dekabrında “HOP Assosiasiyası” (Planlaşdırılan Disfunksiyanı Dayandır) tərəfindən “Apple”ə qarşı edilən şikayət əsasında, “Rəqabət, İstehlak və Fırıldaqlığın Qarşısının Alınması üzrə Baş Müdirliyinin (DGCCRF) Milli İstintaq Xidməti” tərəfindən hüquqi fəaliyyətə başlanılıb.
İddiada “Apple” cihaz hissələrinin təmirində onlarla müdaxilə etməkdə və icazəsiz xidmətlərin təmirini çətinləşdirən praktikaları diktə etməkdə günahlandırlır.
2020-ci ildə “Apple”, istifadəçiləri aldatdığına görə Fransada açılan istintaqı bağlamaq üçün 25 milyon avro cərimə ödəmişdi.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026