Keçmiş nazir Cəbrayılda metal istehsal edən müəssisə tikdirir

10:15 - 5.05.2023


5 may, Fineko/abc.az. Xəbər verildiyi kimi, mayın 4-də Prezident İlham Əliyev Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında inşa ediləcək yeni müəssisələrin təməlini qoyub.

ABC.AZ xəbər verir ki, sənaye zonasında 4 müəssisə inşa edilir.

Bunlar “Avto Lizinq Azərbaycan” MMC, “Holcim Azərbaycan” ASC, “Az-Tex-Import” MMC və “Improtex Qarabağ Sənaye Kompleksi” MMC-nin müəssisələridir.

“Araz Vadisi İqtisadi Zonası”nda inşa edilən müəssisələrdən biri Azərbaycanın tanınmış iş adamı, eləcə də keçmiş əmək və sosial müdafiə naziri Fuzuli Ələkbərovun şirkətlərinə məxsusdur.

F.Ələkbərova məxsus olan "İmprotex Qarabağ Sənaye Kompleksi" MMC “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında xüsusi təyinatlı texnika və metal məmulatların istehsalını həyata keçirəcək.