11:30 - 27.04.2023
27 aprel, Fineko/abc.az. “YouTube” rəhbərliyi ilin üçüncü rübünün maliyyə nəticələrini paylaşıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkətin gəlirləri artsa da, xalis mənfəət və reklam gəlirlərində azalma müşahidə edilib. Buna görə “YouTube”un reklam gəlirlərindəki çöküş davam edib.
Paylaşılan məlumatlara görə, reklam verənlərin iqtisadi qeyri-müəyyənlik səbəbindən platformadan çıxması nəticəsində “YouTube”un reklam gəlirləri illik müqayisədə 2,6 faiz azalıb. Ötən ilin eyni dövründə “YouTube”un reklam gəliri 6,87 milyard dollar olub. 2023-cü ilin birinci maliyyə rübündə bu rəqəm 6,69 milyard dollara düşüb.
Müəllif: Elmir Murad
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026