Bakıda yarım milyon dollarlıq yeni şirkət yaradıldı

11:27 - 18.04.2023


18 aprel, Fineko/abc.az. 15 mart 2023-ci il tarixində Dövlət Vergi Xidməti "Amocs Azerbaijan" MMC-ni (VÖEN:1703547441) qeydiyyata alıb.

ABC.AZ xəbər verir ki, şirkətin nizamnamə kapitalı 500 000 ABŞ dollarıdır.

Qanuni təmsilçisi Ramazanov Nəriman Əhməd oğludur.

Hüquqi ünvanı  Az1001, Bakı Şəhəri, Səbail Rayonu,  Nizami, ev 22-də yerləşir.