Bu azərbaycanlı ilin əvvəlindən 3,17 milyard dollar qazanıb

10:01 - 4.04.2023


4 aprel, Fineko/abc.az. 2023-cü ilin əvvəlindən etibarən Rusiya milyarderlərinin ümumi sərvəti 13 milyard dollardan çox artıb.

ABC.AZ xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index" siyahısında qeyd edilib.

Siyahıya əsasən, 2023-cü ilin əvvəlindən Rusiyalı milyarderlər 13,17 milyard dollar qazanıblar.

Bu hesablama milyarderlərin sahib olduğu səhmlərin qiymətinin dəyişməsi əsasında aparılıb. İlin ilk 3 ayında "Lukoyl"un yaradıcısı Vahid Ələkbərovun, "Novatek" rəhbəri Leonid Mixelson və başqa milyarderlənrin sərvəti artıb.

Qeyd edək ki, ilin əvvəlindən bəri "Lukoyl"un yaradıcısı Vahid Ələkbərov 3,39 milyard dollar qazanıb.