10:01 - 4.04.2023
4 aprel, Fineko/abc.az. 2023-cü ilin əvvəlindən etibarən Rusiya milyarderlərinin ümumi sərvəti 13 milyard dollardan çox artıb.
ABC.AZ xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index" siyahısında qeyd edilib.
Siyahıya əsasən, 2023-cü ilin əvvəlindən Rusiyalı milyarderlər 13,17 milyard dollar qazanıblar.
Bu hesablama milyarderlərin sahib olduğu səhmlərin qiymətinin dəyişməsi əsasında aparılıb. İlin ilk 3 ayında "Lukoyl"un yaradıcısı Vahid Ələkbərovun, "Novatek" rəhbəri Leonid Mixelson və başqa milyarderlənrin sərvəti artıb.
Qeyd edək ki, ilin əvvəlindən bəri "Lukoyl"un yaradıcısı Vahid Ələkbərov 3,39 milyard dollar qazanıb.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026