Windows 12 yeni bir üsluba sahib olacaq

15:18 - 10.03.2023


10 mart, Fineko/abc.az. “Microsoft”un 2025-ci ilin sonunda “Windows 12” adlı yeni əməliyyat sistemini buraxacağı ilə bağlı şayiələr dolaşmaqdadır.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, “TechRadar” portalı yeni əməliyyat sistemi ilə gəlməsi gözlənilən xüsusiyyətləri sadalayıb.

İlkin məlumata görə, Windows 12-yə Teams və Skype xidmətlərinin inteqrasiya olunacağı vahid proqram daxil olacaq.

Həmçinin, əməliyyat sisteminə animasiyalı divar kağızları yeni variantları əlavə olunacaq.

Digər tərəfdən, Windows 12 podkastların yaradılması və dərc edilməsi üçün daxili proqramlarla təchiz oluna bilər.