10:31 - 3.03.2023
3 mart, Fineko/abc.az. Cari ilin yay aylarında rusiyalı turistlərin Azərbaycana sürətli axını gözlənilir.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə yerli turizm agentliklərinin 2023-cü ilin ən məşhur və sakit kurortları, yerli turistlərin yayda getməyi planlaşdırdıqları yerlər barədə məlumatında bildirilir.
Qeyd edilir ki, 2023-cü ildə rusiyalı turistlərin əksəriyyəti Krasnodar diyarında və qonşu ölkələrdə istirahət etməyi planlaşdırır. İndi turistlər artıq Krasnodarda otellər bron edir, xarici ölkələrdən isə Azərbaycanı, Tailandı, bəziləri isə Türkiyəni seçirlər.
Səyahət agentləri istirahət üçün bu yer seçimlərini həm xarici siyasi vəziyyətlə, həm də təbii fəlakətlərlə - Türkiyədə baş verən zəlzələlərlə əlaqələndirirlər.
“Daha çox yük Qara dəniz sahillərində, məsələn, Anapa, Gelencik, Soçidə olacaq", - “SV tour” agentliyinin təsisçisi Valentina Spivakova deyib.