11:21 - 22.02.2023
22 fevral, Fineko/abc.az. Böyük Britaniyada iş saatı ilə bağlı yeni təcrübə həyata keçiriləcək.
ABC.AZ “Financial Times” nəşrinə istinadən xəbər verir ki, söhbət dördgünlük iş həftəsinin tətbiqindən gedir.
Belə ki, bundan sonra Britaniyada 18 şirkət, o cümlədən təhsil, İT və maliyyə sektorları, keçənilki təcrübədən sonra daimi olaraq dördgünlük iş həftəsi tətbiq edəcəklər.
Bununla yanaşı, daha 38 firma bu cədvəl üzrə işləməyə davam etmək qərarına gəlib. Ötən ilin ortalarından başlayan qısaldılmış iş həftəsinin pilot layihəsində ümumilikdə 61 şirkət iştirak edib.
Bu şirkətlərin 2022-ci ilin ikinci yarısı üçün gəlirləri orta hesabla üçdə birdən çox artıb. İşdən çıxarılanların sayı əhəmiyyətli dərəcədə azalıb, işçilərin 40%-i daha az stres yaşadıqlarını bildiriblər.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026