09:18 - 14.02.2023
14 fevral, Fineko/abc.az. Çərşənbə axşamı hərracda neftin etalon markalarının qiyməti aşağı düşür.
Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin dəyəri saat 09:15-də $0,62 (0,72%) azalaraq bir barelə $85,99-a düşüb. 13 fevral ticarətinin nəticələrinə görə, Brent markalı neftin aprel fyuçersləri $0,22 (0,26%) artaraq bir barel üçün $86,61-a yüksəldi.
Saat 09:15-də qədər Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin mart fyuçerslərinin qiyməti $0,89 (1,11%) azalaraq bir barel üçün $79,25-a düşüb. 13 fevral ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçerslərinin qiyməti $0,42 (0,53%) artaraq bir barel üçün $80,14-a çatdı.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026