Azərbaycan bu ölkə ilə sənədlər imzaladı

15:40 - 19.12.2022


19 dekabr, Fineko/abc.az. Dekabrın 19-da Bakıda Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclası keçirilib.

İclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Səudiyyə Ərəbistanı Palataları Federasiyası arasında Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının yaradılması haqqında Saziş də imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin səri Orxan Məmmədov və Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri Əhməd Əl Dakhil imzalayıblar.

Hər iki ölkədən biznes icmalarının nümayəndələrinin təmsil olunacağı Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası sahibkarların təşəbbüslərini dəstəkləyəcək, iş adamları arasında birbaşa tərəfdaşlıq əlaqələrinin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin, seminar, dəyirmi masa və digər tədbirlərin təşkilinə kömək edəcək, biznes dairələri arasında informasiya mübadiləsini həyata keçirəcək.