16:05 - 15.12.2022
15 dekabr, Fineko/abc.az. Rusiya neftinə qoyulan qiymət limitindən sonra bu ölkə neftini maya dəyərindən aşağı satmağa başlayıb.
ABC.AZ xəbər verir ki, “Reuters” agentliyi Rusiya neftinin Hindistana maya dəyərindən aşağı satıldığnı elan edib.
Agentlik yazır ki, Hindistan bazarı Qərbdən gələn məhdudiyyətlər fonunda ölkəyə tökülən “rus nefti ilə doludur”. Rəqabət səbəbindən tədarükçülər qiymətləri mümkün qədər aşağı salmağa məcbur olurlar.
Neft sənayesindəki mənbələr bildirir ki, «Urals» neftinin Rusiya növü qiymət həddi tətbiq edildikdən sonra Asiyada dərin endirimlərlə satılır, bəzi hallarda yerli rüsumlar nəzərə alınmaqla Uralsın qiyməti maya dəyərindən aşağı düşür.
Xatırladaq ki, Avropa və G7 ölkələri tərəfindən Rusiya neftinə 60 dollarlıq qiymət həddi tətbiq edildikdən sonra Moskva Asiya bazarlarında xammal üçün alıcılar axtarmağa başladı.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026