09:33 - 12.12.2022
12 dekabr, Fineko/abc.az. Dekabrın 9-da “Qazprom” “Sibirin gücü” qaz kəməri ilə Çinə gündəlik qaz tədarükü üzrə tarixi rekorda imza atıb.
ABC.AZ rusiya mətbuatına istinadən xəbər verir ki, Cəmiyyətin müqavilə öhdəlikləri 16,4 faiz artıqlaması ilə yerinə yetirilib.
“Qazprom” Çin tərəfinin dekabrda gündəlik qaz tədarükünü 2022-ci il üçün əvvəlcədən təsdiq edilmiş qrafikə nisbətən artırmaq tələbini yerinə yetirildiyi qeyd edilir.
Çatdırılmalar Rusiya təşkilatı ilə Çin Milli Neft Korporasiyası arasında ikitərəfli uzunmüddətli yanacaq alqı-satqısı müqaviləsi əsasında həyata keçirilir.
Dekabrın 7-də “Qazprom” bu il qaz kəməri ilə Çinə gündəlik qaz nəqlinin maksimum həcmini təmin edib. Cəmiyyətin müqavilədə müəyyən edilmiş gündəlik müqavilə öhdəliklərinin artıqlaması 16,1 faiz təşkil edib.
26 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026