15:13 - 4.11.2022
4 noyabr, Fineko/abc.az. Azərbaycanda tikintiyə icazə və məlumatlandırma icxraatı qaydasında tikilmiş binaların və fərdi evlərin qeydiyyatı və onlara çıxarışın verilməsi proseduru sürətləndiriləcək.
ABC.AZ xəbər verir ki, bu məsələ Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Tikintiyə icazələrin verilməsi'' işçi qrupunun Dövlət Şəhərsalma və Arxitektura Komitəsində keçmirdiyi görüşdə müzakirə edilib.
İclasda tikintiyə və istismara icazələrin verilməsi üzrə “Bir pəncərə” (www.e-tikinti.gov.az) elektron müraciət sisteminin üstünlükləri və bu yeniliklə bağlı məlumatlandırma işinin təşkilinə dair görülən işlər müzakirə edilib.
İclasda əvvəlcə tikinti və istismara icazə prosesi üzrə müraciətləri ilə bağlı statistik təhlillər açıqlanıb.
Eyni zamanda görüşdə tikintiyə və istismara icazələrin verilməsi və tikintidə keyfiyyətə nəzarət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı görülmüş işlər barədə iştirakçılara ətraflı məlumat verilib.
30 İyul 2026