13:06 - 6.06.2018
6 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları ilin əvvəlindən artıb.
Mərkəzi Bankın məlumatına görə, bankın valyuta ehtiyatları 1 may 2018-ci il tarixinə 5465,8 milyon dollar təşkil edib.
Eyni zamanda, 2017-ci ilin dekabr ayının sonunda ehtiyatlar 5334,6 milyon dollar, 2018-ci ilin yanvar ayının sonunda - 5381,2 milyon dollar, fevralın sonunda - 5387,3 milyon dollar, mart ayının sonunda isə 5508,0 milyon dollar təşkil etmişdir.
4 Avqust 2026
4 Avqust 2026