11:20 - 17.10.2022
17 oktyabr, Fineko/abc.az. “SEBA Fito Tibb” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verilib.
ABC.AZ xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.
Qeyd edilib ki, Maliyyə Nazirliyi bu şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən cərimə protokolu tərtib edərək iş Nəsimi Rayon Məhkəməsinə göndərib.
Həmin maddəyə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə olunur. “SEBA Fito Tibb” - Koreya Kyung Hee Universitetinin Bakıda Şərq Təbabəti Klinikası SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyinin tərkibində fəaliyyət göstərir.
İctimai Birliyinin sədri Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun həyat yoldaşı Ruhəngiz Heydərovadır.
11 Avqust 2026
11 Avqust 2026