12:10 - 4.06.2018
4 iyun, Fineko/abc.az. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (AƏSF) ləğv prosesində olan bankların əmlakının satışı üzrə hərrac haqqında elan edib.
AƏSF-in məlumatında deyilir ki, bankların əmlakı 63 lot üzrə satışa çıxarılacaq.
“Hərraca “Bank Standard”, “Texnikabank”, “Zaminbank”, “Royalbank” və “Bank of Azerbaycan”ın daşınar və daşınmaz əmlakları çıxarılacaq. Hərraclar iyunun 11-də, iyunun 25-də və iyulun 2-də keçiriləcək”, - məlumatda belə deyilir.
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026