Qeyri-neft ixracımız 32.6% artıb – Hesabat

16:07 - 15.09.2022


15 sentyabr, Fineko/abc.az. Son 6 ay üzrə əmtəə ixracı 2.3 dəfə artaraq 18.9 milyard dollar təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, dövr ərzində əsasən dünya neft bazarlarında xam neftin və təbii qazın ötən ilin müvafiq dövrünə (ö.i.m.d.n.)  bahalaşması səbəbindən neft-qaz sektoru üzrə ixracın həcmi 2.4 dəfə artaraq 17.5 milyard dollar olub. İxrac olunmuş neft-qaz məhsullarının (17.5 milyard dollar) 10 milyard dollarını xam neftin, 7.2 milyard dolları təbii qazın, 0.3 milyard dolları isə neft emalı məhsullarının payına düşür. 2022-ci ilin 6 ayı üzrə qeyri-neft ixracı 32.6% artaraq 1.4 milyard dollar olub.

Müəllif: Elmir Murad