11:54 - 12.09.2022
12 sentyabr, Fineko/abc.az. “Qurman Plyus” MMC-nin Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında müxtəlif növ ət və süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirmə poliqonunda məhv edilib.
ABC.AZ xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Məlumata görə, məhv edilmiş ət və süd məhsullarının ümumi çəkisi 17234.35 kq təşkil edib. Onlar istehlaka yararsız və istifadə müddəti bitmiş olub.
17 Avqust 2026
15 Avqust 2026