12:12 - 31.08.2022
31 avqust, Fineko/abc.az. “Mən Milli Məclis sədri olanda da tennisə diqqət yetirirdim. Həmin vaxtlar turnir keçirirdik. Bu turnir MDB-də yalnız Rusiyada, Azərbaycanda və Qazaxıstanda keçirilib. Çalışacam ki, bundan sonra daha çox məşğul olum. Tennisdə idmançı yetişdirmək çətindir. İndi-indi Azərbaycanda tennisçilər yetişir”.
ABC.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Tennis Federasiyasının prezidenti Oqtay Əsədov deyib.
Federasiya rəhbəri beynəlxaq təcrübədən istifadə olunduğunu sözlərinə əlavə edib: “Beynəlxalq təcrübədən istifadə edirik. Bundan sonra edəcəyik. Xarici mütəxəssislərdən əvvəllər də yararlanmışıq”.
Oqtay Əsədov legioner idmançıları cəlb etmək istəmədiklərini bildirib: “Legionerlər istəmirik. Elə idmançılar var ki, gəlmək istəyirlər, amma böyük məbləğlər tələb edirlər. Bu pulları elə azərbaycanlı uşaqlara xərcləyərik”.
12 Avqust 2026