13:54 - 30.05.2018
30 may, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Norveçin “Equinor” (Statoil) şirkəti Bakıda Xəzərin Azərbaycan sektorunda sahələrin işlənməsi haqqında iki saziş imzaladılar.
Sazişlər Bakıda keçirilən “Xəzər Neft və Qaz” 25-ci yubiley Beynəlxalq Konfransı çərçivəsində imzalanıb.
Sənədlər, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Equinor” qrupun yataqların kəşfiyyatı üzrə icraçı vitse-prezidenti Tim Dodson tərəfindən imzalandı.
Birinci sənəd, “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında saziş, ikinci sənəd isə, “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) sazişidir.
“Qarabağ” yatağında kəşfiyyat qazması 2018-ci ilə, hasilat isə 2012-ci ilə planlaşdırılıb.
İmzalanmış sazişlər çərçivəsində SOCAR və Equinor bərabər şərtlərlə əməliyyat şirkəti yaradacaqlar.
4 Avqust 2026
3 Avqust 2026
3 Avqust 2026